Fərhadov Vidadi Aydın oğlu - şəhid qardaşı imiş... 

Fərhadov Vidadi Aydın oğlu - şəhid qardaşı imiş... 
 

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində mülki şəxs - Fərhadov Vidadi Aydın oğlu həlak olub.

56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. Bu barədə məlumatı Şuşa Rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər. 

V. Fərhadovun əvvəllər Şuşa RİH-də çalışdığı bildirilib. O, 30 illik məcburi köçkün həyatından sonra doğma şəhərinə ilk köçənlədən olub. V. Fərhadov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırmış.

O, doğulduğu Şuşa şəhərində dəfn olunacaq.

 

0.017289161682129