"Bura məktəbdir, belə edə bilməzsən" - VİDEO

 

16:42:20ABŞ-də bir ana uşağının sinif otağında ABŞ xəritəsinin üstündən asılmış LGBT simvolu olan bayrağı zibil qutusuna atıb.

Xarici KİV xəbər verir ki, daha sonra müəlliməni danlayaraq sərt şəkildə reaksiyasını bildirib.

"Sən bunları mənim uşağıma tətbiq edə bilməzsən. Bura məktəbdir".

Zibilin içindən bayrağı götürmək istəyən müəllim “indi təhlükəsizlik xidmətinə zəng edirəm” deyərək valideynə müqavimət göstərməyə çalışıb.

Həmin anlar sinifdəki bir şagird tərəfindən lentə alınıb.

Xatırladaq ki, ötən gün Vaşinqtonda keçirilən “Amerika üçün narahat qadınlar 2023” sammitinin açılışında keçmiş ABŞ Prezidenti Donald Tramp LGBT ilə bağlı çıxış edib.

“Biz gender ideologiyasının zəhərinə qalib gəlməliyik. Tanrı yalnız iki cins, “kişi” və “qadın” yaratmışdır. Mən bunun üçün hərəkətə keçəcəyəm. Kişi və qadından başqa üçüncü cins yoxdur. Gender ideologiyasını aradan qaldırmaq üçün tarixi bir addım atacağam”.

Günay

 

0.020133972167969