Problemin həlli üçün hər şey edilməlidir - Maykl Karpenter

Problemin həlli üçün hər şey edilməlidir - Maykl Karpenter
 

“ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilməz. Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiyanın iştirak etdiyi çoxsaylı formatlara təsir edib, çünki Moskva beynəlxalq sistemin normalarını o dərəcədə pozub ki, onunla əməkdaşlıq yollarını tapmaq çətindir. Lakin buna baxmayaraq ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin, sərhədlərin həllinə, ədalətli və davamlı sülh axtarışına diqqət yetirib. Məhz buna görə də biz Ermənistan və Azərbaycanla ikitərəfli və üçtərəfli görüşlərdə iştirak edirik”. 

"Paralel.az" xəbər verir ki, bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

"ABŞ digərlərindən fərqli olaraq Ermənistan və Azərbaycanın qonşusu deyil, qərəzli maraqları yoxdur və buna görə də daha qərəzsiz və səmimi ola bilər. Bundan həm İrəvan, həm də Bakı xəbərdardır. Düşünürəm ki, bu, ABŞ üçün də üstünlük ola bilər və bu da bizə fikir ayrılıqlarının həllinə nail olmaq üçün qərəzsiz diplomatik vasitələrdən istifadə etməyə imkan verəcək. Laçın və Ağdamdan keçən yolun açılması da dövlətlər üçün məqbuldur. Qarabağdakı vəziyyət son dərəcə ciddi və çətindir, vəziyyətin pisləşməsinə imkan verə bilmərik. Artıq bir ildən çoxdur ki, Qərb, ABŞ və Avropa İttifaqı regionda sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycanla fəal danışıqlar aparır. Bu görüşlərdə Vaşinqtonda belə bir təəssürat var ki, Bakı və İrəvan həll yollarına nail olmaq istəyirlər, lakin maksimalist meyillər də var. Problemin həlli üçün hər şey edilməlidir. Əks halda münaqişə yenidən alovlana bilər, bunu heç kim istəmir” - deyə, o bildirib.

 

 

0.022121906280518