Sergey Şoyqu Vladivostokda Kim Çen Inlə görüşüb

Sergey Şoyqu Vladivostokda Kim Çen Inlə görüşüb
 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inlə görüşüb.

"Paralel.az" bildirir ki, görüş Kim Çen Inın Vladivostoka səfəri zamanı baş tutub.

Danışıqlar zamanı dünyadakı vəziyyət və iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

KXDR lideri, həmçinin Uzaq Şərq Federal Universitetinə və akvariuma baş çəkib, burada morj Mişanın iştirakı ilə tamaşaya baxıb.

Qeyd edək ki, Şimali Koreya liderinin Rusiya səfəri sentyabrın 13-dən başlayıb, hələ də davam edir. O, səfər çərçivəsində Amur vilayətinin Vostoçnıy kosmodromrunda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

 

0.013095855712891