Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ
 

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

 

0.0157630443573