Ukrayna ordusu Rusiya müdafiəsində irəliləyişləri genişləndirir

Ukrayna ordusu Rusiya müdafiəsində irəliləyişləri genişləndirir
 

Ukrayna qoşunları qərbi Zaporojye bölgəsinə doğru irəliləyib və Rusiya xəttlərinə nüfuz etməyə davam ediblər.

Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Sentyabrın 16-da yayımlanan geolokasiya görüntüləri Ukrayna qoşunlarının Rabotinodan qərbə, eləcə də Verbovoydan qərbə doğru Rusiyanın müdafiə mövqeləri boyunca irəlilədiyini göstərir.

“Rusiyanın bu müdafiə mövqelərində Ukraynanın olması onu göstərir ki, Rusiya qüvvələri bu mövqelərə nəzarət etmir və Ukrayna qüvvələri Verbovoydan şimal-qərbdən və Sladkaya Balkanın şimalından keçən Rusiya müdafiə xəttini keçməyə davam edir”, ISW qeyd edir.

Analitiklər yazır ki, Ukrayna qüvvələri çox güman ki, son bir neçə həftə ərzində Rabotino bölgəsindəki hazırkı Rusiya müdafiə xəttinin bir hissəsində əhəmiyyətli taktiki irəliləyiş əldə edib və onu genişləndirməkdə davam edir.(APA)

 

0.021818876266479