44 günlük Vətən müharibəsinin qazisi ölkə başçısından kömək istəyir -VİDEO

44 günlük Vətən müharibəsinin qazisi ölkə başçısından kömək istəyir -VİDEO
 

İkinci Qarabağ müharibəsinin iştirakçısı 5 rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərin qəhrəmanı, öz sağlamlığını itirən Qarabağ qazisi Telman Nuriyevin 9 yaşlı oğlu Nuriyev Rüfət Talasemiya mərkəzində xəstəliyi ilə əlaqadar 7 ildir ki, qeydiyyatdadır.

Ata bildirir ki, artıq övladının müalicəsinin effekti olmur, donor köçürülməldir. Biz gedib bacımla birlikdə donor vermək istədik, bildirdilər ki, sizlə mümkün deyil uygunsuzluq əmələ gəldi, bu barədə bizə xəstəxana rəhbərliyi tərəfindən rəsmi sənədlər də verildi və bildirildi, bu donorun bu ölkədə olunması mümkün deyil.

Mütləq xaricə getməlisiz. Biz donoru beynalxalq axtarışa verdik. Türkiyədə 83 min dollara donor tapıldı, övladımın sağlamlığı günü-gündən ağırlaşır ancaq maddi imkanım yoxdur. İki övladımla birlikdə kirayədə yaşayıram öz xərclərimizi aldığım pensiya ilə zorla qarşlayıram.

Övladımın gələcək planları var. Deyir ata mən də sənin kimi hərbçi olub forma geyinmək istəyirəm. Uşaq arzularını mənə danışdıqca ürəyim parçalanır. Ata bir çox qurumlara dəfələrlə muraciətlər etdiyini bildirsə də, amma göndərdiyi məktubların heç birindən müsbət cavab ala bilmədiyini bildirir. Artıq hər şeydən ümidimi üzmüşəm.

Ümidim yalnız ölkə başçısı-Ali Baş komandanımız İlham Əliyev cənablarınadır. Cənab prezident, mən övladımı sağlam görmək istəyirəm, onu mənə bağışlayın. İnanıram ki, mənim səsim sizə çatacaq övladımın sağlamlığını mənə yalnız siz qaytara bilərsiz. İnanıram, mənim bu harayıma səs verəcəksiz deyə 44 günlük İkinci Qarabağ müharibəsinin qazisi Telman Nuriyev bildirib. (Azərbaycan Reallığı)


Qarabağ qazisi Telman Nuriyevlə əlaqə nömrəsi (050) 7617696

Paralel.az

0.023089170455933