İtaliyada təlim təyyarəsi qəzaya uğrayıb

İtaliyada təlim təyyarəsi qəzaya uğrayıb
 

İtaliyanın “Frecce Tricolori” akrobatika komandasının təyyarəsi Turin yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bunu “La Stampa” qəzeti yayıb.

Qeyd olunub ki, təyyarənin avtomobilin üzərinə çırpılması nəticəsində beş yaşlı qız həlak olub. Onun doqquz yaşlı qardaşı yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Bu, bazar gününə planlaşdırılan hava şousundan əvvəl təlim uçuşu idi. Təyyarə aerodrom yaxınlığında uçuş-enmə zolağına düşüb və alovlanıb.(Report)

 

0.010865926742554