Kliçko: Alman şirkəti Kiyevə 100 PUA verəcək

Kliçko: Alman şirkəti Kiyevə 100 PUA verəcək
 

Almaniyanın “Quantum Systems” şirkəti Ukraynaya 100 yeni nəsil taktiki pilotsuz uçan aparatı (PUA) təhvil verəcək. 

Bu haqda Kiyev meri Vitali Kliçkonun rəsmi saytında məlumat verilib.

“Almaniyanın Quantum Systems şirkəti Ukraynada sınaqdan keçirilmiş 100 yeni nəsil taktiki pilotsuz uçan aparatı Kiyevə təhvil verəcək. Kiyev isə  onları cəbhədəki müdafiəçilərə göndərəcək. Biz bu barədə şirkət rəhbərliyi ilə razılaşdıq”, – Kliçko vurğulayıb.

 

 

0.0095529556274414