Ərdoğan: "Təklif edirəm ki, İlham Əliyev, Putin və Paşinyanla dördtərəfli görüş keçirək” - VİDEO

Ərdoğan:
 

“Türkiyənin təşəbbüsü ilə baş tuta biləcək üçtərəfli görüş barədə təkliflərimizi hər iki tərəfin diqqətinə çatdırmışıq. Lakin bu mövzuda üçtərəfli görüşdən əlavə, ola bilsin ki, dördtərəfli görüş də baş tutsun”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri öncəsi media üçün keçirdiyi brifinqdə bildirib.

O, həmçinin qeyd edib ki, regionla heç bir bağlılığı olmayan liderlə yox, məsələnin içində olan şəxslərlə - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanla birlikdə görüş keçirə bilər:

“Addımlarımızı da buna uyğun ataq. Bu barədə bizə müsbət və ya mənfi bir cavab verilməyib. Məsələ ilə bağlı cənab Əliyevlə də müzakirələr aparacağıq. Danışıqları genişləndirəcəyik və məsələləri yaxından izləyəcəyik”, - deyə Türkiyə lideri bildirib.

 

0.022805213928223