Rus dilində doğma sözlərin unutqanlığı (oblivionizm) ("писать" sözü doğrudanmı rusların öz sözüdür?)

Rus dilində doğma sözlərin unutqanlığı (oblivionizm) (
 

BDU-da tədris etdiyim “AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA” fənnində “Məktublar epistolyar üslubun əsas növü kimi” bəhsində məktublaşma şəxsi yazışma və rəsmi işgüzar üslub kimi xarakterikləşdirilir.Mövzuda doğru olaraq ”epistole” (yunanca), “epistola” isə (latınca ) dilimizdə “məktub” mənasını verdiyi göstərilir.
Doğrusu mövzunun anlamı geniş, elmi şəkildə verilmişdir.Mövzunu tədris edərkən “epistolyar” sözü mənə latın dilində olan bir frazelogiyanı xatırlatdı.Tələbəlikdən bu ifadə xatirimdən çıxmayıb:”Epistula non erubescit” – “Məktub utanmır (qızarmır).”
Dilçi mütəxəssis kimi mətndəki “epistola” sözünə diqqət verərkən (sözduyumu), rus dilində bu sözün qarşılığı latın dilində olan sözlərlə üst-üstə düşür.Rus dilində bir çox sözlər məs: “писать, писарь, писание, письменно, письмо, писмоносец, надпись, подпись, опись, подписка, рукопись, летопись...” və digər çox sayda sözlərin hamısında “epistola-письмо, məktub” sözü fonetik və semantik cəhətdən eyni paralellikdə dayanır.Hətta rus dilində “poçt” sözü ilə bağlı:”почта, почтальон, почтамть” sözləri də latın dilində “ötürmək,yollamaq” mənasını verən “pass” sözündən formalaşmışdır.İngilis dilindəki “post” sözündəndir.Müasir rus dilində olan “пошлина” sözü qədim zamanlardan poçt xidmətinə qoyulan “rüsum” praktikasındandır.Ruslarda sərhədlərdə tətbiq edilən gömrük rüsumları poçt xidmətinə uyğun gəlməsindən “пошлина” neologizm termini yaranmışdır.
Baxmayaraq ki, rus dilində “yazı” sözü latın dilindəki “məktub” sözündən alınmışdır, latın dilində “məktub” sözündən fərqli olaraq “yazı” sözünün özünün ayrıca orfoqrafiyası “scripturam - yazı” sözü vardır.
Ərəb dilində də “məktub” sözü “yazmaq” mənasında bir çox leksikalarda özünü göstərir.Məs: məktub, kətibə, katib, məktəb, katib, kitab, kitabüllah, kitabə və s.Rus dilindən fərqli olaraq “yazı” sözünün kökü ərəbin öz dilindədir.
Qədim Oğuzlarda da “yazı, yazışma, yazar, yazıçı, yazan” və s.Ən Qədim Oğuzlarda yazıya “bitik” demişlər.Köhnə adamların işlətdikləri “cadu, piti”sözü qədimdən gəlmədir.Yəni dua yazdırmaq mənasında.Oğuzlarda yazı məfhumu səsləri bitişdirib söz halına gətirib yazmaq semantikasından yaranmadır.Söz psixolinqvistiktdir.
Maraqlıdır, görəsən “yazı” sözü rusların doğma dilində hansı məfhum olmuşdur? Əslində Qədim Oğuz dilində yazmaq sözü “qazımaq” sözündəndir.(q-y keçidi)Onlar yazını qaya üstünə, gildən bişirilmiş lövhələrə ucu şiş alətlərlə həkk etmişlər.Ərəb yazı növü olan “mixi” yazılar da mıx, mismar vasitəsi ilə işlənmişdir.Latın dilindəki “yazı” mənasını bildirən “scripturam” sözünün qədim forması “ripe” – “cırmaq” sözündəndir.(müəllif)
Yuxarıda rus dilində qeyd olunan “рукопись” – “əl yazma” sözü dilimizdə “qədim əlyazmalar” kimi mənalanır.Farsmənşəli söz olan “dəstan, dastan” sözünə diqqət yetirsək, sözdə olan “dəst” sözü fars dilində “əl” deməkdir.Yəni “qədim əl yazısı” mənasına gəlir.Ərəb dilindəki eyni qəbildən olan “hekayə” sözü də, ərəb dilində “həkk”-“metal, daş üzərində polad qələmlə yazı, oyma və qazıma “ sözündən yaranmadır.(müəllif)Həm dastan, həm də hekayə qədimi olduğundan elə nominativliyini də qədim zamanlardan almışdır.
Rus dilindəki «Летопись – salnamə” sözü də latın mənşəlidir.Latın dilində “letter” sözünün özü “məktub” sözünün sinonimidir.Bizdə də “salnamə” farsmənşəlidir.(Bu tənqidi yazıların bizlərə aidiyyatı ola bilməz...)
P.S. Bu gün kafedranın sevimlisi Fikrət müəllim mənə sual verdi: “Bu qədər yazırsan heç dincəlmirsən?”Mən də cavabında dedim ki, elə mən yazanda dincəlirəm, yazmayanda yox.
Həqiqətən yazdıqlarım mənim özüm üçün də ilk məlumatlardır.Doğrudan da sözlərin təsnifatı çox dərin qatlarda gizlənmişdir.Mən inanıram ki, gələcəkdə insanı əvəz edəcək “süni intelekt” Allahın yaratdığı İnsanı heç bir vaxt əvəz edə bilməyəcəkdir.
Sözümüzü unutmaq, özümüzü untmaqdır.Özümüzə qayıtmaq üçün sözümüzə qayıtmaq gərəkdir.Tanrı yardımçımız olsun!
İnanıram ki, rus ziyalıları və bizim rus dilini tədris edən ziyalılar rus dilində “Yazmaq” sözünü tapıb, cavab göndərəcəklər.

Həsən Əliyev

"Paralel.az"

0.01472282409668