Cəmi 23 partiya qeydə alındı, 36 partiya sıradan çıxdı– Yeni yaranan siyasi mühit nə vəd edir?

Cəmi 23 partiya qeydə alındı, 36 partiya sıradan çıxdı– Yeni yaranan siyasi mühit nə vəd edir?
 

Cari ilin yanvarında partiyalar haqqında qəbul edilən yeni qanuna qədər Azərbaycanda 59 siyasi partiya fəaliyyət göstərirdi. Artıq fəaliyyətini davam etdirəcək partiyaların sayı 23-ə enib. Yeni qanuna uyğun olaraq hazırkı vəziyyətdə hələlik 23 partiya kriteriyalara cavab verməklə fəaliyyətlərini davam etdirirlər. Belə vəziyyət ölkədə yeni siyasi konfiqurasiyanın yarandığından xəbər verir.

Görəsən, yaranan yeni siyasi konfiqurasiya ölkəmizə, cəmiyyətə nə vəd edir?

Paralel.az-ın məlumat verir ki, Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirir ki, partiyaların mövcud konfiqurasiyası Azərbaycanda siyasi partiyaların təmərgüzləşməsinə, daha çox tanınmasına, ideoloji cəhətdən yetişməsinə, nizamnamə və məramnamə əsasında fəaliyyət göstərmələrinə şərait yaradacaq:

“Siyasi partiyalar haqqında yeni qanun həm yeni öhdəliklər, həm də yeni məsuliyyət yaradır. Əminəm ki, qeydiyyatdan keçən bütün partiyalar bu ağırlığı öz üzərlərində artıq hiss etməyə başlayıblar. Belə də olmalıdır. Çünki siyasi partiya böyük bir institut olmaqla, siyasi iddialara malik qurumdur”.

Deputatın fikrincə, bu günə qədər siyasi partiyalar xalq tərəfindən ciddi qurum olaraq qəbul olunmurdu:

“Səbəbi də o idi ki, partiyalar siyasi hakimiyyət uğrunda mümkün olan və olmayan, qəbuledilən və edilməyən variantlardan istifadə etsələr də, indiyə qədər heç bir nəticə əldə etməyiblər. Onların əksəriyyəti uzun müddət xalqa yalan söyləyib.

Bu cür yalanlar hər zaman insanlarda partiyalara qarşı inamsızlıq yaradıb. Qeydiyyata alınma prosesi göstərdi ki, qeydə alınan partiyaların əksəriyyəti üzv sayı, güc və qüvvə baxımından bərabərləşdilər. Bundan sonra kim dövlətin, xalqın, Ordusunun yanında olacaqsa, o qüvvələr də xalq tərəfindən dəstək alıb, meydanda qalacaq”.

Əməkdaşlarımızın keçirdiyi sorğunun nəticəsinə və rəyi soruşulan əksər respondetlərin fikri belədir ki, siyasi partiyaların qeydiyyatında yenə də saxtakarlıq olunub. Qeydiyyatdan keçmiş bir neçə partiyanın ən azı 5 min üzvünün olmasına ictimaiyyət şübhə ilə yanaşır.

Paralel.az

0.023036003112793