Turist köpək balığının hücumuna məruz qalıb- VİDEO

Turist köpək balığının hücumuna məruz qalıb- VİDEO
 

Türkiyə mediası xəbər verir ki, Misirin Sinay yarımadasındakı Dəhəb turizm şəhərində qadın köpək balığının hücumuna məruz qalıb.

Hadisə nəticəsində qadın qolunu itirib.

Misirin Ətraf Mühit nazirinin verdiyi məlumata görə, hadisədən sonra çimərlik bağlanıb.

“Vəziyyəti qiymətləndirmək, köpək balığının hücumunun səbəblərini müəyyənləşdirmək və sahildə köpək balığını axtarmaq üçün təcili komissiya yaradılıb. Qadının vəziyyəti stabildir".

Ölkə mətbuatı isə zərərçəkənin qolunu itirdiyini söyləyir. Bundan öncə də, yəni iyunun 8-də Misirin Hurqada şəhərində buna bənzər hadisə baş vermişdi. Belə ki, ictimai çimərlikdə dənizə girən rusiyalı turist köpək balığının hücumuna məruz qalaraq həlak olmuşdu.

 

0.015435934066772