Arda döyüldüyü anları sosial şəbəkə hesabında paylaşıb - VİDEO

Arda döyüldüyü anları sosial şəbəkə hesabında paylaşıb - VİDEO
 

Makiyaj videoları ilə tanınan türkiyəli məşhur Arda Bektaş Kerimcan Durmazın köməkçisi Furkan Çağmanın hücumuna məruz qalıb.

 Türkiyə mediasına istinadla xəbər verir ki, Arda döyüldüyü anları sosial şəbəkə hesabında paylaşıb.

O, şikayətçi olduğunu, başına gələ biləcək hər hansı hadisəyə görə Kərimcan Durmaz, Furkan Çağırman və onların çevrəsinin məsuliyyət daşıdığını bildirib.

“Bir az sonra paylaşacaqlarım üçün çox üzgünəm. Yaşadığım bu kədərli hadisəni sizinlə paylaşmalıyam.

Kerimcan Durmaz, bu videoda yer alan onun köməkçisi Furkan Çağman kimi insanlarla dostluq etdiyimiz vaxtdan bu günə kimi psixoloji zorakılıq, reallıqla heç bir əlaqəsi olmayan söz-söhbətlərlə, rəğbətlə qarşı-qarşıya qalmışam. 

Çoxdandır ki, bu insanların heç birini görmürəm. Ancaq bu gün evimin arxa küçəsində işə gedərkən hücuma məruz qaldım.

Qulaqlıq taxdığım üçün arxamdan gizlicə gəlib mənə hücum edən Furkandan özümü qoruya bilmədim.

Artıq bu insanların fiziki zorakılığa bərabər olan hərəkətlərindən bezmişəm. 

Mən türk ədalətinə güvənirəm”, - deyə paylaşımda qeyd olunub.

408926

408928  

Arda Bektaş

Furkan Çağman isə sosial şəbəkə hesabında etdiyi paylaşımla hadisənin tam əksini iddia edib.

“Bu gün haqqımda ortaya çıxan video haqqında qısa məlumat vermək istəyirəm. 

Videoda gördüyünüz şəxs uzun müddətdir ki, sistemli şəkildə mənə böhtan ataraq namus və qüruruma toxunacaq hərəkətlər edib.

Bu vəziyyət həm sosial mühitimi, həm ailə-dostluq münasibətlərimi, həm də psixologiyamı ciddi şəkildə pozub.

Sözügedən şəxsin yazılarına heç bir şəkildə cavab verməmişəm. Lakin o məni və dostlarımı hədəf alan bu yazıları israrla paylaşmağa davam edib.

Dostum Səmədlə gəzərkən birdən qarşımda Ardanı gördüm.

Bir anlıq refleksdə özümü saxlaya bilmədim və təəssüf ki, bu xoşagəlməz görüntülər ortaya çıxdı.

Buna görə hamıdan üzr istəyirəm.

Bu hadisənin baş verməsinə səbəb olan şəxs və şəxslər barəsində qanuni tədbir görəcəyəm”.

408927

408929   

 

0.018203973770142