“Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq" - Peskov

“Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq
 

Kreml Bakı ilə İrəvan arasında gərginliyin azalmamasından narahatdır və bəzi bölgələrdə gərginliyin artması tendensiyası müşahidə olunur. 

Bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Qarabağda artan gərginliklə əlaqədar mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.

O vurğulayıb ki, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Peskov əlavə edib ki, Bakı və İrəvanla təmaslar davam edir.

“Biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış iki üçtərəfli sənədi həyata keçirməyə çağırırıq. Təbii ki, bu halda o vaxtdan bəri ortaya çıxan yeni reallıqlar nəzərə alınmalıdır”, - Kreml sözçüsü bildirib.

 

 

0.074666976928711