İrəvanda “bizim adamlar” erməniləri həyəcanlandırd

İrəvanda “bizim adamlar” erməniləri həyəcanlandırd
 

Ermənilərin də aktiv şəkildə izlədiyi və reaksiya verdiyi Azərbaycana aid rusdilli "Bez Tormozov" adlı teleqram kanalı İrəvanı həyəcanlandırıb.

Ölkə.Az xəbər verir ki, Ermənistanın rəsmi qurumunun qarşısında səhifənin mobil telefonda əks etdiyini göstərən foto çəkilib.

Bu isə təbii olaraq, qarşı tərəfin təşvişinə və narahatlıqlarını ifadə edən müzakirələrinə səbəb olub. "Bez tormozov" həmin şəkilləri "bizim adamlar" şərhi ilə paylaşıb.

Xatırladaq ki, sözügedən teleqram kanalı bundan az müddət öncə ermənilərin oxşar addım atdığını “göstərən” fotonu ifşa etdi. Belə ki, guya Bakıda da belə fotonun çəkildiyini deyən hayların, əslində, fotoşopdan, yəni montajdan istifadə etdiyi sübut olundu. 

Miri
Ölkə.Az

 

0.024519920349121