“Neftçi” yeni transferini açıqladı

“Neftçi” yeni transferini açıqladı
 

“Neftçi” hücum xəttini yeni futbolçu ilə gücləndirib.

“Paralel.az” xəbər verir ki, paytaxt təmsilçisi argentinalı hücumçu Lukas Melanonu transfer edib.

Argentinalı futbolçu ilə anlaşmanın müddəti 1+1 ildir. 30 yaşlı forvard komandanın heyətində 16 nömrəli formanı geyinəcək.

30 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.

 

0.042730093002319