Vardanyan və ətrafındakılar Putinin çıxışından sonra nə edəcəklərini bilmirlər

Vardanyan və ətrafındakılar Putinin çıxışından sonra nə edəcəklərini bilmirlər
 

Xankəndində çanfəşanlıq edən Ruben Vardanyan Qarabağ məsələsinin bitdiyinin və yaranmış vəziyyətdən hər hansı çıxış yolu görünmədiyini etiraf etməyə məcbur olub. Vardanyan dünən etdiyi açıqlamaları ilə hər şeyin bitdiyini dolayısı ilə etiraf edib.

Ruben Vardanyan Putinin dünən verdiyi mesajlardan da çox ciddi narahatdır.

 “Təəssüf ki, 30 il ərzində Ermənistan hakimiyyəti və müttəfiqlərimiz Azərbaycana məqbul şərtləri qəbul etdirmək üçün yol tapa bilməyib... İndi hamımız nə etməli olduğumuz barədə düşünməliyik. O baxımdan da indi çox çətin vəziyyətlə üz-üzəyik”, - Vardanyan dünənki açıqlamasında bildirib. 

Erməni seperatçılar indi çox çaşqın və psixoloji sarsıntı içindədirlər. Ona görə də verdikləri açılamalar da psixoloji sarsıntıların yaratdığı təsirlərə uyğun olaraq, heç bir məntiqə uyğun gəlmir və məntiqsiz, əsəbi, sərsəm açıqlamalar verməklə məşğuldurlar. 

Bu o deməkdir ki, indiyədək heç nə etmək mümkün olmayıbsa,  bundan sonra nə deyəcəyindən və atacağı addımdan asılı olmayaraq, məsələ bitib. Odur ki, seperatçılar üzləşdikləri vəziyyətdən çıxmaq üçün əlverişli məqam gölzəyirlər. Bunun üçün də öz oyunlarına alət etdikləri ermənilərin gözünə kül üfürüb, oyunlarını davam etdirirlər. Onlar kənardakı ağalarının Vardanyana və Xankəndidəki terrorçu dəstəbaşılara verdiyi sifarişi sonadək yerinə yetirmək məqsədi ilə “ağ atlı”nın onları xilas edəcəyi xülyası ilə ermənilərin başları altına yastıq qoyurlar. Ermənilər yuxudan o zaman ayılacaq ki, nə lələ var, nə də şələ...

0.011810064315796