Gündüz Əliyev 5 milyonluq obyekti hansı pulla tikib?

Gündüz Əliyev 5 milyonluq obyekti hansı pulla tikib?
 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərazi ideraetmə şöbəsinin müadiri Gündüz Əliyev və onunla birlikdə Sumqayıt səhiyyəsində yeyintiyə yol vermiş Gülnar Bayramova və Elxan adlı şəxsin növbəti məhkəmə prosesi keçiriləcək. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma zamanı Sumqayıt səhiyyəsində külli miqdarda yeyinti aşkar olunub.

Yoxlama zamanı məlum olub ki, sözügedən şöbə müdiri yaxın qohumu, baş mühasib vəzifəsində çalışan Gülnar Bayramova və iş adamı Elxanla əlbir olaraq dövlətin 5.5 milyon manat pulunu mənimsəyib. Rəsmi açıqlamaya görə, G. Əliyev və digərləri pulları mənimsəmək üçün 41 MMC yaradıblar.

Qeyd edək ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsas adamı kimi tanınan və şəhərdəki bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin maraqlıdır ki, ağır mənimsəmə cinayətində ittiham olunan şəxs məhbəsdə cəza çəkmək əvəzinə, indiyə qədər öz vəzifəsində nə üçün işləyir? Hər gün işə çıxan G. Əliyev isə deyir ki, ona kimsə heç nə edə bilməz.

Şöbə müdirinin Sumqayıtda dəyəri 5 milyon manat olan obyektinin fotosu yayılıb. Redaksiyamıza verilən məlumata görə, Sumqayıt Bulvarında inşa edilmiş bu obyekt əyləncə üçündür. Lakin şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına tikdirdiyi mənimsəmə barədə şübhə yaradır. Daha doğrusu, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində gedən mübahisə nəticəsində məlum olacaq ki, Gündüz Əliyev həmin obyekti məhz səhiyyə, təhsil və digər sahələrdən “qazandığı” pulun hesabına ərsəyə gətirib.

Aldığımız son məlumata görə, Gündüz Əliyev səhiyyədəki yeyinti ilə canını məsuliyyətdən qurtara bilsə də, qarşıda onu daha iki ciddi problem gözləyir. Şöbə müdiri Təhsil Idarəsində keçirilən yoxlamalara əsasən, məsuliyyətə cəlb oluna bilər. Ilkin məlumatlara görə, həmin idarədə titinti və təmir işləri adı altında 6 milyon manata yaxın yeyinti aşkarlanıb.

Bundan başqa, şəhərdə 2016-cı ildən indiyə qədər həyata keçirilmiş tikinti və yenidənqurma işlərinə görə, yaranmış borc qalmaqalı da Gündüz Əliyev üçün ciddi problemə çevriləcək. Çünki həmin işləri həyata keçirən iş adamlarının pulları indiyə qədər ödənməyib. Bu məbləğ isə 10 milyon manata yaxındır.

Redaksiyamıza verilən məlumata görə, iş adamları artıq Gündüz Əliyevdən şikayət ediblər. Onlar rəsmi qurumlara müraciət edərək, cinayət işinin açılması ilə bağlı məsələ qaldırıblar. Bizə çatan məlumatlara görə, müraciətdə Gündüz Əliyevin etdiyi cinayətləri icra başçısı Zakir Fərəcovun xeyir-duası ilə törətməsindən bəhs olunur. (Jamaz.info)

Paralel.az

0.016143083572388