Rusiyada sərnişin təyyarəsi buğda zəmisinə düşub

Rusiyada sərnişin təyyarəsi buğda zəmisinə düşub
 

Paralel.az "Dojd" teleqram kanalına istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərindən Omska uçan təyyarə Novosibirsk vilayətində əkin sahəsinə qəza enişi edib, sərnişinlərdən heç biri xəsarət almayıb.

Soçidən Omska uçan Ural Hava Yollarına məxsus təyyarə Novosibirsk vilayətinin Ubinski rayonunda məcburi eniş edib və buğda sahəsinə düşüb.

Airbus A320-nin göyərtəsində 6 ekipaj üzvü də daxil olmaqla 167 nəfər olub. Fövqəladə Hallar Nazirliyi təyyarənin videosunu dərc edir və itkilərin olmadığını bildirir. Bütün sərnişinlər təxliyə edilib və həkimlər tərəfindən müayinə olunur.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenkonun sözlərinə görə, təyyarənin hidravlik sistemi sıradan çıxıb. RİA Novosti də fövqəladə xidmətlərə istinadən hidravlik nasazlıq barədə məlumat yayıb.

Novosibirsk Tolmaçevo hava limanının mətbuat xidmətindən İnterfaks-a bildiriblər ki, təyyarə Omska enə bilmədiyi üçün eniş tələb edib.

0.022097110748291