Rusiya narahat ola bilər, Ukrayna ordusu yaxınlaşır

Rusiya narahat ola bilər, Ukrayna ordusu yaxınlaşır
 

Opıtnoyedə döyüşlər davam edir, lakin işğalçılar bu qəsəbənin Donetskə yaxın olmasından artıq narahat ola bilərlər.

Bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev Donetskə qədər irəliləyiş perspektivlərini dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, ruslar Opıtnoye kəndində fəaliyyət göstərərək Avdeyevkanı əməliyyat bölgəsinə çevirməyə çalışıb və oraya böyük miqdarda vəsait yatırıb:

"Lakin Ukrayna kəşfiyyatı Rusiyanın işğalçı qüvvələrinin hərəkətlərini çox diqqətlə izləyir. Və düşmənin kifayət qədər operativ ehtiyata malik olmadığı məlum olan kimi ordumuz cəbhənin bu hissəsində əks-hücum əməliyyatına başlayıb".

Qeyd edək ki, bu gün Opıtnoye kəndinin bir hissəsi Rusiya hərbçilərindən azad olunub.

 

0.062963962554932