Futbolçunu öpən UEFA-nın vitse-prezidenti istefa verəcək - VİDEO

Futbolçunu öpən UEFA-nın vitse-prezidenti istefa verəcək - VİDEO
 

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales istefa verəcəyini açıqlayıb.

Paralel.az Ölkə.Az-a istinadla xəbər verir ki, o həmçinin UEFA-nın vitse-prezidenti postunu tərk edəcəyini bildirib.

Xatırladaq ki, Luis avqustun 20-də 2023 FIFA Qadınlararası Dünya Kuboku çempionatından sonra ispaniyalı qadın futbolçu Cenni Hermosonu dodaqlarından öpüb.

Hermoso bu hadisədən sonra Rubialesə qarşı iddia qaldırıb.

Bundan əlavə, FİFA Luisi 90 günlük vəzifədən kənarlaşdırılıb. Prokurorluq ona qarşı istintaqa başlayıb.

Günay

 

0.021559000015259