Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsullarının - SİYAHISI

Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsullarının - SİYAHISI
 

Cari ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1%, 2022-ci ilin avqust ayına nisbətən 107,4% təşkil edib.

“Paralel.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, avqustda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

0.014070987701416