ADPU rektorunu FETO ilə nə bağlayır? 

ADPU rektorunu FETO ilə nə bağlayır? 
 

Prezidentin sərəncamı ilə 23 iyun 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru vəzifəsinə təyin olunan Cəfər Cəfərova həmin dönəmdə təhsil ocağının kollektivi böyük ümid bəsləyirdi.

Onlar ADPU-da illərlə mövcud olan çoxsaylı problemlərin nəhayət ki, yeni təyin olunan rektor tərəfindən aradan qalxacağını zənn edirdilər. Amma son yeddi il ərzində universitetdə baş verən mənfi hallar ADPU-nun nüfuzunu son dərəcə aşağı salıb və C. Cəfərov Prezidentin və kollektivin ona göstərdiyi etimadı doğrultmayıb. 

Üstəlik, son vaxtlar aparılan araşdırmaların nəticəsi təsdiq edir ki, ADPU digər öıkədə fəaliyyət göstərəm universitetlər arasında ən geridə qalmış ali təhsil ocağı sayılır. Bunun əsas səbəbi isə təhsilin düzgün təşkil edilməməsi, rüşvətxorluğun qohumbazlığın, yerlibazlığın geniş yayılması, işə götürülən gənc mütəxəssis və texniki işçilərdən külli miqdarda (10 min manat) rüşvət alınması, müəllimlərin əmək haqqının çox aşağı olması və hər semesterdə tələbələrdən pul yığılması və rektorun qohumlarının sayının ADPU-da çoxalmasıdır.

Cəfər Cəfərovla barədə redaksiyamızı məlumat verən mənbə bildirir ki, ADPU rektoru adətən təhsil problemlərindən daha çox, daim hakimiyyətdəki əlaqələrindən danışmağı çox sevir. Vaxtı ilə sabiq PA rəhbəri Ramiz Mehdiyevin və Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovla yaxın əlaqələrindən çox daşırdı, onunla Moskvada birlikdə oxumasından hər zaman böyük fəxarət hissi ilə söz açırdı. Lakin hər iki nəfər vəzifədən çıxarılandan sonra bu barədə susur.

İşlədiyi dövrdə C. Cəfərov ADPU-nu müəllim peşəsi üzrə ixtisaslı kadrlar hazırlayan elm ocağından rüşvət və korrupsiya mərkəzinə çevirib və bu barədə cəmiyyətdə gəzən söz-söhbətlər getdikcə daha çox rezonans verir.

Hər kəs bilir ki, son zamanlar ölkəmizdə FETO qruplaşmasının bir neçə üzvü həbs olunaraq ifşa edilib və həbs olunublar. Bu hadisə baş verəndən sonra ADPU rektoru özünü çox narahat hiss edir və FETO-çularla əlaqələrinin üstünün açılmasından ehtiyat edir.

Mənbə onu da bildirir ki, ADPU rektoru C. Cəfərov Ə. Həsənovun təhriki ilə FETO-çularla (“nurçular”la) daim ciddi əlaqədə saxlayırdı və onlara hər cür xidmət edirdi. C. Cəfərov Turizm İnstitunda işlədiyi müddətdə “Qafqaz” Universitetinin keçmiş rektoru Əhməd Sanic (“nurçu”) ilə çox yaxın münasibətdə idi və həmin universitetin bütün tədbirlərində fəal iştirak edib.

Hazırda C. Cəfərov Elm və Təhsil naziri Emin Əmrullayevlə sıx əlaqədə olduğunu nümayiş etdirməklə vəzifəsini qorumağa çalışdığı bildirilir.

Mirdaməd

0.018855094909668