Ceyhun Mirzəyev: Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də baş tutmayıb

Ceyhun Mirzəyev: Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də baş tutmayıb
 

Müvafiq işçi və könüllü heyətimiz ilə birlikdə artıq 13 gündür Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyirik.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

Ceyhun Mirzəyev bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq dolu yük avtomobili müvafiq ünvana çatıb və keçid üçün xəbər gözləyir: "Dünən Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobili Samur keçid məntəqəsindən keçib və axşam saatlarında Bərdədə təyin olunan ünvana çatıb. Bu gün saat 10-da keçid üçün razılaşma olunmuşdu. Lakin müvafiq texniki səbəblərə görə hələ də keçid baş tutmayıb. Bununla bağlı biz də gözləmə mövqeyindəyik".

 

 

0.012773990631104