Bilik ən gözəl var - dövlətdir - Fərhad Əsgərov
Mən dəfələrlə demişəm və yazmışam ki, yaxşı mütəxəssis olmaqdan ötrü dərin biliyə malik olmaq lazımdır. Onu da yazmışan ki, orta məktəbdə zəif oxuyan, sonra isə 200-300 bal toplayıb ali məktəbə daxil olan şəxs, ali məktəbdə də zəif oxuyacaq. Və ali məktəbi bitirən savadsız şəxsdən yaxşı mütəxəssis çıxmaz.
Yaxşı, savadlı, təcrübəli mütəxəssis olmaqdan ötrü orta məktəbdə “4” və “5” qiymətlərlə oxumalı, ali məktəbə qəbul olunmaqdan ötrü ən azı 450-500 bal toplamaq lazımdır. Sonra həmin şəxs ali məktəbdə də yaxşı oxuyacaq və ondan yaxşı mütəxəssis çıxacaq. Azərbaycana isə yaxşı, savadlı mütəxəssislər lazımdır.
Hansı sahədə işləyirsənsə işlə və yaşından asılı olmayaraq mütəmadi olaraq, işlədiyin sahəyə dair müxtəlif kitablar oxumaq lazımdır. Dərin biliyə malik olmaq isə ən gözəl var-dövlətdir.
Keçək əsas mətləbə.
Ötən il müəllimlərin sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlər avqustun 29-da yenidən imtahan verib. “Valyuta.az” saytının verdiyi məlumata görə təkrar sertifikatlaşdırma imtahanından 743 nəfər keçə bilməyib.
Əziz oxucular! Görün həmin savadsız müəllimlər neçə-neçə şagirdi “şikəst” ediblər.
Hələ imtahanlar davam edir. Müəllimlərin nəzərinə çatdırmaq istəyirəm ki, heç olmasa dərslikləri mütəmadi olaraq oxumaq lazımdır.
"Paralel.az"