Aİ məhkəməsi rusiyalı biznesmenin sanksiyasını ləğv edib

Aİ məhkəməsi rusiyalı biznesmenin sanksiyasını ləğv edib
 

Lüksemburqdakı Avropa Ümumi Yurisdiksiya Məhkəməsi “Ozon” şirkətinin keçmiş baş direktoru Aleksandr Şulqinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Bu barədə qurumun saytında məlumat verilib.

Məhkəmənin qərarı Aİ Şurası tərəfindən apellyasiya şikayəti üçün ayrılan müddət bitdikdən sonra qüvvəyə minəcək.
Şulqin Aİ sanksiyalarının ləğvinə nail olan ilk rusiyalı sahibkardır. Bundan əvvəl Avropa məhkəmələri yalnız iş adamlarının qohumlarına qarşı sanksiyaları ləğv edib. Məsələn, Mixail Fridmanın keçmiş həyat yoldaşı, Əlişir Usmanovun bacısı və Yevgeni Priqojinin anası sanksiya siyahısından çıxarılıb.

Xatırladaq ki, Şulqin 2022-ci ilin aprelində sanksiyalara məruz qalıb.

 

0.050064086914062