ABŞ təyyarəsi 2 saatdan sonra Atlantays eniş edib

ABŞ təyyarəsi 2 saatdan sonra Atlantays eniş edib
 

ABŞ-də Atlanta-Barselona reysini həyata keçirən “Delta” Hava Yollarına məxsus təyyarə havaya qalxdıqdan 2 saat sonra Atlanta hava limanına qayıdıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sərnişinlərdən birinin ishala düşməsi (mədə pozuntusu) səbəbindən olub.

Belə ki, “Delta” Hava Yolları təyyarədə "tibbi vəziyyətin" olduğunu təsdiqləyib və bu səbəbdən də təyyarə Atlantaya qayıdıb.

Sözügedən reys təyyarə təmizləndikdən sonra bir gün gecikmə ilə baş tutub.

 

0.058264017105103