Paşinyanın həyat yoldaşı Kiyevə getdi

Paşinyanın həyat yoldaşı Kiyevə getdi
 

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevə gedib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın "Klymenko Time" nəşri məlumat yayıb.

"Ermənistanın Baş nazirinin həyat yoldaşı Kiyevə gəlib və burada birinci xanımların sammitində iştirak edəcək. Anna Akopyanın səfəri zamanı Ukraynaya humanitar yardım köçürəcəyi də gözlənilir", - deyə məlumatda bildirilib.

 

0.031934976577759