Bu ölkədə məmurlara “iPhone”dan istifadə qadağan olundu

Bu ölkədə məmurlara “iPhone”dan istifadə qadağan olundu
 

Çin hakimiyyəti dövlət qulluqçularına iş prosesində “iPhone” və ya digər xarici istehsal avadanlıqlarından istifadə etməyi qadağan edib․

Ölkə.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı “Wall Street Journal” qəzeti yayıb.

“Çin hakimiyyəti mərkəzi hökumət məmurlarına iş üçün “Apple”ın “iPhone” və digər xarici marka cihazlarını istifadə etməmələrini əmr edib və ofisə gətirilməsini qadağan edib”, - nəşr mənbələrinə istinadən yazıb.

Qadağanın daha hansı xarici texnologiya markalarına şamil olunduğu açıqlanmır.

Belə bir tədbir Pekinin xarici texnologiyalardan asılılığı azaltmaq və kibertəhlükəsizliyi gücləndirmək üçün növbəti addımıdır.

Nəşrin məlumatına görə, Çin Dövlət Şurasının İnformasiya bürosu və “Apple” bu məsələ ilə bağlı hələ şərh verməyiblər.

Nəşr qeyd edir ki, hazırkı qadağa Çin şirkətlərinə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər görən ABŞ-yə cavab tədbiridir.

 

0.022803068161011