Professor İdris Abbasov yazır...

Professor İdris Abbasov yazır...
 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, uzun müddət AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aktiv əməkdaşı, institutun "sirr qutusu", dosent Şahlar Məmmədov (Şahlar Göytürk) dövlətin dilimizin inkişafı üçün ayırdığı pulları “basıb yeyənləri” təhlükəli hesab edib.
O, uzun illər söylədiyim və buna görə akademşəbəkənin təqibinə məruz qaldığım faktları ilk dəfə olaraq dilə gətirib. Deməli, elmə ayrılan pulların yeyilməsinin milli maraqlara zərbə olması məsələsinin ciddiliyi dərk olunmaqdadır. Şöbə müdiri özünün feysbuk hesabında yazır:
“Bir var ana dilini bilməyə-bilməyə dilin anasını ağladasan, bir də var bilə-bilə bu dilin anasını ağladasan!
Bir var cümləni düzgün qura, fikrini dəqiq ifadə edə bilməyəsən, ləhcə elementləri ilə danışasan, cümlədə şəkilçiləri "yeyəsən", BİR DƏ VAR DÖVLƏT BABANIN DİLİMİZİN VƏ DİLÇİLİK ELMİNİN İNKİŞAFINA AYIRDIĞI PULLARI BASIB YEYƏSƏN!
Sizcə, hansı daha təhlükəlidir? Bunlardan birincisi günah, ikincisi CINAYƏTDIR.” Sitatın sonu.

Ümid edirəm ki, dövlətin dilimizin və dilçilik elmimizin inkişafına ayırdığı pulları basıb yemə əməliyyatına və plagiat əsərlərin dövlət vəsaiti hesabına çap olunmasına, əsl iş görənlərin sıxışdırılmasına, elm müəssisəsinin bazara çevrilməsinə və digər rüsvayedici məsələlərə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli reaksiya verəcək, təbii ki, əgər özündə güc tapacaqsa! Hər halda cənab Həbibbəyli, elmə töhfəsi olan, maaşa baxan dürüst Azərbaycan aliminin ehtiyac içində çırpındığı bir vaxtda, 4-5 dövlət vəzifəsi tutub (həmin vəzifələri icra etmək onun fiziki və zehni imkanları xaricindədir) büdcədən böyük maaşlar alsa da, bu qəbil taleyüklü problemlərin altına əlini qoymur.

"Paralel.az"

0.017615079879761