Elm adı altında dövlətin milyonlarını talayanlar və ölkəni xaosa sürükləyənlər kimlərdir?  

Elm adı altında dövlətin milyonlarını talayanlar və ölkəni xaosa sürükləyənlər kimlərdir?  
 

Professor İdris Abbasov yazır...

“Vaveyla, şəriət əldən getdi!”. Sən demə, dilimizi yazıçı Çingiz Abdullayev korlayırmış. Haradasınız, ay "dil keşikçiləri"? Billahi, o dilşüvənlərin çoxu ana dilinə həqarət edən, o dilin inkişafı üçün ayrılan milyonları basıb yeyən, əlaltdan dili hörmətdən salan və dil işinə birbaşa məsul olan dilçi-alimlərdir. Dediklərim şəxsi mülahizəm, yaxud fərziyyələrim deyil, faktlar, həqiqətlərdir. Düz başa düşdünüz. Azərbaycan dilini yaman günə qoyan, onu gülünc vəziyyətə salan məhz dilçi-fəlsəfə doktoru, diliçi dosent, dilçi-elmlər dopktoru, dilçi-professorlar və onlara hamilk edən və üzdə olan dilçi-ədəbiyyatçı akademiklərdir.
Məsələn, Prezident İlham Əliyevin Sərəncamı ilə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və dilçiliyin inkişafı məqsədilə ayırdığı 2 000 000 (iki milyon) manatın müqabilində Dilçilik İnstitutunda nə baş verdi? Hanı o pullar? Kim və ya kimlər yedi? Həmin pulu yeyən o alim-akademiklər “tərcümə” etdikləri dilçilik əsərləri ilə Azərbaycan dilini necə təhqir etdilər, onun bakirəliyini necə ayaqlar altına atdılar? O div boyda yekə alimlər ana dilinə neçə illik yara vurdular? Ana dilini viran edən o akademik şəbəkə haqqında tədbir görüldümü? Yox, yox, yox! Bəs onda nə haqla Çingiz Abdullayevə və digərlərinə hücum çəkirsiniz? Problemin kökünü görən gözləriniz kor olduqca siz əzilməyə layiqsiniz. Həqiqəti səmimiyyətzisliyə qurban verdikcə alçaldıqca alçalacaqsınız.
Dili Ç.Abdullayev yox, akademşəbəkə korlayıb, özü də baltanı kökündən vurub və vurmaqdadır. Bu korlama əməliyyatı üçün milyonlar silinib. Eşidirsiniz? Sənin, mənim, bizim övladlarımızın geyimi, ərzağı və təhsil haqqı mənimsənilib. İlk növbədə akdemiyada, sonra universitetlərdə. Elm və təhsil ocaqılarında akademiklər, rektorlar, direktorlar, prorektorlar, dekanlar, onların qohum-əqrabaları tərəfindən övladlarımızın gələcəyi söndürülüb. Fərqindəsinizmi?
Akademşəbəkə qanımızı içir, insanlarımızın sinsidilib narazı salınmasından, düşmən toruna düşməsindən, ölkə rəhbərliyini təhqir etməsindən zövq alır. Öz akademik məhsulları olan söyüşcüllərin fonunda gözə kül üfürmək imkanı yaranır. Ruh yüksəkliyi ilə ayı xidmətinə girişir, özlərini dövlətin, rəhbərin müdafiəçisi kimi göstərməyə çalışmaqla dağöıdıcı mövqelərini daha da möhkəmləndirirlər. Çox təhlükəli oyun oynayır rektorlu, prorektorlu, akademikli, direktorlu, professorlu, doktorlu akademşəbəkə! Yalan, yaltaqlıq, hiylə, saxtakarlıq və s. ilə ciblərini doldurmaqdan başqa, ölkə üçün zərrə qədər faydaları yoxdur, əksinə, gələcəyimizi minalamaqla məşğuldurlar.
Dövlətin göbəyini yarıb 3-4 vəzifədə oturan, eyni zamanda həm də AMEA prezidenti vəzifəsini tutan, məsuliyyəti yalnız ölkə Prezidentinin üzərinə yönləndirən akademik İsa Həbibbəyli və onun homoloqları deyirlərsə ki, onların nə vecinə, o zaman əsərlərini açıq şəkildə rus dilində yazmış, detektivləri ilə özünə pul qazanmış Çingiz Abdullayevdən nə istəyirsiniz? Bəs dil tədbirləri adı altında mövqe və nüfuz hücumuna keçən, haqqımızı çalıb anamızı ağladanlara niyə bir söz demirsiniz, əksinə, susur və çox vaxt yalmanırsınız? Bu nə böhran, nə zəlalətdir, ey dilşüvən, vətənşüvən, riyakar zəlillər?!

Dilçilik İnstitutunda akademiklərin redaktorluğu ilə ünlü dilçi-alimlərin dilçiliyə aid etdikləri milyonluq tərcümələri buyurun, oxuyun! Bir şey anlasanız, mənə də başa salarsınız. Yormamaq üçün bir parça təqdim edirəm. Sadəcə, dəhşətdir! Dövlətin milyonları akademik tüfeyliliyə xərclənir (ardı var):

"Paralel.az"

0.016858100891113