"Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq, heç yerə gedən deyilik” – Peskov

 

“Rusiya Dağlıq Qarabağda sülhməramlı missiya yerinə yetirir və oranı tərk edə bilməz”.

Paralel.az  Rusiya mətbuatına istinad edərək bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün mətbuat konfransında bildirib.

“Rusiya Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində çox mühüm rol oynamaqda davam edir. Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz hissəsidir. Buna görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı da tərk edə bilməz”, – deyə, o, vurğulayıb.

O, Paşinyanı “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını” unutmamağa çağırıb.

“Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər”, – Peskov əlavə edib.

Xatırladaq ki, Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın Qarabağdan və Cənubi Qafqazdan çəkildiyini bildirib.

“Bir gün yuxudan oyanacağıq ki, Rusiya artıq regionu tərk edib”, – Baş nazir deyib.

0.01023006439209