Paralel.az -ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, D.Peskov Ərdoğanın Soçidə dincəlmək dəvətini qəbul edib-etmədiyi barədə sualı belə cavablandırıb:
“Bilirsiniz, onun belə bir dəvəti qəbul etdiyindən xəbərim yoxdur. Amma təbii ki, Putin hər zaman Ərdoğanı ölkəmizə dəvət edir, Ərdoğan da hər zaman Putini Türkiyəyə dəvət edir. Bu, həqiqətən də, onların nə qədər yaxın və dost münasibətlər olduğunu bir daha nümayiş etdirir”.
Putin və Ərdoğan bazar ertəsi Soçidə keçirilən görüşdə taxıl müqaviləsi ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər. Rusiya Federasiyasının prezidenti bildirib ki, bir neçə həftədən sonra Rusiya altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. Ərdoğan qeyd edib ki, Ankara Rusiya taxılının ehtiyacı olan ölkələrə sonrakı daşınması üçün emalına kömək etməyə hazırdır və Afrika ölkələrinə ərzaq çatdırılması üçün birgə addımların atılacağına ümid edir.