Rusiyada daha bir təşkilat arzuolunmaz elan edildi

Rusiyada daha bir təşkilat arzuolunmaz elan edildi
 

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası Rusiyada arzuolunmaz elan olunub. 

“Paralel.az” xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Buna səbəb olaraq təşkilatın Ukraynaya kömək üçün pul toplaması göstərilib.

Xatırladaq ki, Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası 740 nəqliyyat həmkarlar ittifaqını özündə birləşdirir.

 

0.019855976104736