ABŞ Rusiyanı Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham etdi

ABŞ Rusiyanı Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham etdi
 

ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynanın taxıl anbarlarına hücum etməkdə günahlandırıb və Moskvanı hərəkətlərinə son qoymağa çağırıb.

“Paralel.az” xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti sosial media hesabından videomüraciət paylaşıb.

Videomüraciətdə Ukraynanın Rubijne ərazisində hədəf alındığı iddia edilən taxıl anbarının hücumdan əvvəlki və sonrakı fotoları yer alıb.

Rusiyanın Ukrayna taxıl anbarlarına hücumlarının ölkədəki fermerlər və dünyada aclıq çəkən insanlar üçün dəhşətli nəticələr verdiyi bildirilib.

 

0.025317907333374