Rusiya Ermənistanı tərk edə bilməz – Peskov

Rusiya Ermənistanı tərk edə bilməz – Peskov
 

Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil.

Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın Rusiya ünvanına səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

“Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, – Peskov bildirib.

O eyni zamanda Paşinyana Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamağı xatırladıb. 

Kreml sözçüsü eyni zamanda əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin sabitləşməsinin qarantı olmaqda davam edəcək.

 

0.024785041809082