Müharibə başlasa, bu dəfə mövcudluğumuz itəcək -  Qeqamyan 

Müharibə başlasa, bu dəfə mövcudluğumuz itəcək -  Qeqamyan 
 

Çox güman ki, yaxın günlərdə Ermənistanla Azərbaycan arasında  genişmiqyaslı müharibəyə başlayacaq.

“Ölkə.Az” xəbər verir ki, bunu erməni ekspert Varujan Qeqamyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, əgər bu dəfə hərbi əməliyatlar başlasa,  o zaman  əməliyyat Arazdəyəndən, Basarkeçər, Dərələyəz, Zəngəzuru tamamilə əhatə edəcək.

Onun fikrincə, Azərbaycan tərəfi döyüşə tam hazır vəziyyətdədir. 

“Hərbi əməliyyat başlarsa, o zaman təkcə Ermənistanda tam çaxnaşma yaratmaq və İrəvandan qeyd-şərtsiz təslim olmaq tələb olunacaq. Əməliyyat zamanı Zəngəzurla Ermənistanın şimal hissəsinin əlaqəsi kəsiləcək. Azərbaycan ordusu üçün Dərələyzədən Naxçıvan hissəsinədək olan ərazini qət etmək üçün cəmi bir neçə saat vaxt lazımdır. Ermənistan tərəfi de-fakto olaraq belə bir təhlükəni dəf etmək gücünə qadir deyil. Bu plan baş tutsa, Ermənistan dövləti faktiki olaraq mövcudluğunu itirəcək”, - Qeqamyan yazıb.

Mürtəza
Ölkə.Az

0.027377843856812