Valideynlər Bakının 132 saylı Təhsil Kompleksinin direktorunun rüşvət yığdığını deyir, Elm və Təhsil Nazirliyi isə susur...
Bakı məktəblərində çalışan əksər direktorların fürsət düşən kimi rüşvət aldıqları heç kimə sirr deyil.
Bu yazıda onlardan biri - Bakı 132 saylı Təhsil Kompleksində baş verən ilginc olaylar barədə, valideynlərdən və mediadan aldığımız məlumatlar əsasında yazırıq.
Sara Xanlarovanın 2019-cu ildən direktor işlədiyi 132 saylı təhsil kompleksi təhsilimizin agbirçəklərindən biri, təcrübəli pedaqoq, yenilikçi kadr kimi, tərifdən istifadə edərək, şagirdləri, valideynləri ustalıqla ram edir. Özünü qabaqcıl təhsil işçisi kimi, qələmə verən direktor məktəbdə yaradılan geniş imkanlardan və uğurlardan xəbəri olmasa da, danışanda, əziyyət çəkmiş direktor kimi, çox həvəslə danışır. Atalar yaxşı deyib ki, "nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı".
Bəli, Sara Xanlarova təhsilimizin “Mogikan”ı, “Novatorlugu ilə seçilən” kadrlarındandır, pul qazanmaq kimi imic qazanmağın yolunu “əlinin altındakı resursları” istədiyi səmtə yönəltməklə həll etmək sahəsində də böyük bacarıq sahibdir. O, hər kəsin önündə özünü cəfakeş təhsil işçisi kimi təqdim etməyə çalışsa da, çoxları onu "qabaqcıl təhsil maqnatı" kimi tanıyırlar.
Şagirdlərinin idmanda, digər bilik yarışlarında qazandıqları uğurları Sara xanım öz adına çıxmağı çox yaxşı bacarır.
Bilik yarışlarında və ali təhsil məktəblərinə qəbulla baglı əldə edilən uğurları Sara Xanlarova ustalıqla öz adına çıxmagı bacarır, 9, 10, 11-ci siniflərdə ali təhsil almaq məqsədini qarşıya məqsəd qoyan şagirdlərin dərsə gəlmədikləri, repititor yanına getdikləri kimsəyə sirr deyil, sinif rəhbərləri sag olsunlar, bu məsələdə “direktorun sadiq köməkçiləri" rolunun öhdəsindən məharətlə gəlirlər. Necə deyərlər, ”əl əli yuyur, əl də üzü". Valideyn də, şagird də, direktor da razı qalır.” Beləcə, cücələrin payızda sayılan vaxtı direktor ortaya "alnıaçıq və üzüag” çıxır.
Uzun illərin təcrübəsi Sara Xanlarovada yaxşı qazanc gətirən istedad foŕmalaşdırıb. Onu məktəbin müəllim-şagird kontingenti arasında “Biznes Ledi” adı ilə tanıyanlar da az deyil. Beş yaşlı hazırlıq qruplarının və birincilərin Təhsil Kompleksinə qəbulu direktor Sara xanımın "ürəyincə, arzusuna uyğun” həyata keçirilir.
Qəbul zamanı yer olmadığını və buna nazirliyin nəzarət etdiyini bəhanə gətirərək, direktor öz gəlir planlarını həyata keçirir. Əl altından məķtəbə uşaq qəbulunun qiyməti 1200 manat odugu deyilir. Bəzi valideynlər məktəbin bazar qanunları ilə idarə edildiyini dilə gətirirlər. Hər həftə uşaqlardan müxtəlif adlar altında pul yıgılmasından danışırlar.
Bu, hələ harasıdır? Hər il 5 oktyabrda "Müəllimlər günü" direktora hədiyyə yığmaq üçün Valideyn Komitəsi hərəkətə keçir. Bakının digər məktəblərində olduğu kimi, Valideyn Komitələri direktorların "asan qazanc mınbəyi"nə çevrilib.
Sara xanım həm də özəl məktəblərə aid təhsil üsullarını dövlət məktəbinə calaq etmək ustsı kimi də tanınır. SMP sistemi tətbiq edərək, ibtidai siniflərdən 700 manat, MYP tətbiq edərək, orta təhsil üçün aylıq 700 manat təhsil haqqı müəyyən edib(?!)
Sara Xanlarovanın təhsilimizə gətirdiyi "yenilikləri" saymaqla qurtarmır. Deyilənə gorə, Sara xanımın qızına hədiyyə etdiyi 4 mərtəbəli uşaq bağçasını da, məhz əldə etdiyi qanunsuz gəlirlər hesabına tikdirib.
Valideynlər uşaqlarının adının Sara Xanlarovanın rəhbərlik etdiyi məktəbdə çəkilməsini istəmirlər, lakin bu təhsil ocağının qabaqcıl təhsil müəssisələri arasında olmadığını söyləməkdən çəkinmirlər.
Bəli, 132 saylı Təhsil Kompleksi direktor Sara Xanlarovanın törətdiyi çoxsaylı ilginc məqamları ilə davam edir.
Görəsən, Təhsil Nazirliyi 132 saylı Təhsil Kompleksində Sara Xanlarovanın törətdiyi ilginc olaylardan niyə xəbərsizdir? Adam heç inana bilmir. Valideynlər düşünür ki, ETN görəsən, direktorun məktəbdə “at oynamasına“ nə vaxta kimi göz yumulacaq? (aktualxeber.az)