Türkiyə hərbçiləri daha 6 terrorçunu zərərsizləşdirib

Türkiyə hərbçiləri daha 6 terrorçunu zərərsizləşdirib
 

Ötən gün “Sülh çeşməsi” bölgəsində 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirdiyi, terrorçuların qaçılmaz sonunun göz qabağında olduğu bildirilib.

Açıqlamada, Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində hücuma hazırlaşan daha 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.

 

0.023916006088257