Dünyanın ən kiçik 10 ölkəsi

Dünyanın ən kiçik 10 ölkəsi
 

Dünyanın ən kiçik ölkələri maraqlı sahəsi və uzunluqları ilə diqqət çəkir.

Ölkə.Az ən kiçik 10 ölkəni təqdim edir:

1. VATİKAN - 0,44 KVADRAT KİLOMETR SAHƏSİ VAR

İtaliyanın Roma şəhərində yerləşən Vatikan Papanın və bir çox başqa din xadimlərinin evidir. Vatikanda 690 nəfərin real vətəndaşlığı var.

11 fevral 1929-cu ildə Latern müqaviləsi ilə öz suverenliyini elan edib. Vatikan öz möhürlərini, pasportlarını və lövhələrini buraxır. Öz avrosunu buraxan Vatikanın özünə məxsus himni və bayrağı var.

406896

2. MONAKO - 2,02 KVADRAT KİLOMETR SAHƏSİ VAR

Monako Qran Prisinə və bir çox digər tədbirlərə ev sahibliyi edən çox zəngin bir ölkədir. Ölkənin əhalisi 38 300 nəfərdir. Monakonun uzunluğu 3350 m-dir. Onun eni ən geniş yeri 1000 m, ən dar yeri isə 245 m-ə çatır. Ölkə Fransa ilə həmsərhəddir.

406897

3. NAURU - 21 KVADRAT KİLOMETR SAHƏSİ VAR

Nauru Avstraliyanın şərqindəki bir adadır. Bu, ən kiçik ada ölkəsidir. Ölkənin əhalisi 11 000 nəfərdən ibarətdir.

406898

4. TUVALU - 26 KVADRAT KİLOMETR SAHƏSİ VAR

Tuvalunun yalnız bir xəstəxanası var. Adanın əhalisi 11 646 nəfərdir.

406899

5. SAN MARİNO - 61,2 KVADRAT KİLOMETR SAHƏSİ VAR

San-Marinonun ən qədim suveren dövlət olduğu iddia edilir. San Marino əhalisi təxminən 33 000 nəfərdir.

406900

6. LİXTENŞTEYN - 160 KVADRAT KİLOMETR SAHƏSİ VAR

İnanılmaz hadisələrə ev sahibliyi edən ölkənin təxminən 37 340 əhalisi var. İsveçrə və Avstriya arasında yerləşən ölkə yüjsık səviyyədə təhlükəsizdir.

406901

7. SENT-KİTS VƏ NEVİS - 261 KVADRAT KİLOMETR SAHƏSİ VAR

Bu iki ada ölkəsi Şərqi Karib hövzəsində yerləşir. Ölkənin əhalisi təxminən 55 000 nəfərdir. ABŞ-nin qurucu atalarından olan Aleksandr Hamilton burada anadan olub.

406902

8. MALDİV ADALARI - 298 KVADRAT KİLOMETR SAHƏSİ VAR

Maldiv adalarının ümumi sahil xətti 644 km²-dir. 1965-ci ildə müstəqil ölkə olub. Əhalisi 393 253 nəfərdir.

406903

9. MALTA - 316 KVADRAT KİLOMETR SAHƏSİ VAR

493 000 nəfər əhalisi olan Maltanın uzunluğu 137 km-dir. Malta 237 km əraziyə malikdir. Malta Respublikası 3 ayrı hissədən ibarətdir: Qozo, Komino və Malta.

406904

10. QRENADA - 344 KVADRAT KİLOMETR SAHƏSİ VAR

Qrenada dünyanın onuncu ən kiçik ölkəsidir. Ölkənin əhalisi təxminən 106 000 nəfərdir. Qrenada adasının uzunluğu 20 km-dən bir qədər çoxdur. 

406905

Günay

 

0.01922082901001