Dünyaca məşhur model dördüncü dəfə ana olacaq

Dünyaca məşhur model dördüncü dəfə ana olacaq
 

Dünyaca məşhur avstraliyalı model Miranda Kerr dördüncü övladına hamilə olduğunu açıqlayıb. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, model körpəsinin cinsiyyətinin oğlan olduğunu bildirib.

“Snapchat”ın baş direktoru Evan Şpigel ilə evli olan Miranda Kerr bu evlilikdən üçüncü övladını gözləyir.

Qeyd edək ki, “Victoria's Secret”in keçmiş mələyi Kerrin 2010-2013-cü illər arasında britaniyalı aktyor Orlando Blum ilə evliliyindən bir oğlu var. 

 

0.024122953414917