Azərbaycan dili, ədəbiyyatı -Təhsil və məntiq 

Azərbaycan dili, ədəbiyyatı -Təhsil və məntiq 
 

Forum yüksək səviyyədə təşkil edilmişdir.
Gənc nazir cənab Adil Kərimli bildirdi ki, Azərbaycan mədəniyyətinin inkişafı üçün uzunmüddətli proqram, strategiya hazırlanır.
Məqsəd də problem və təklifləri eşitməkdir.
Bu çox alqışlanası haldır.
Bu qədər iştirakçının olduğu tədbir də ədəbi aləmdə nadir hadisə idi.

Uzunçuluq etmədən, öz kitablarımdan, fəaliyyətimdən, istəklərimdən danışmadan, hamının bildiyi şeyləri deyib, vaxtınızl almadan mətləbə keçirəm. Hansı ki, forumdakı çıxışçıların və sual verənlərin bir çoxu buna əməl etmədi. Nə qədər çox iştirakçı problem və təkliflər səsləndirsəydi daha faydalı olardı.
Odur ki, burada da məntiq buludlu havada günəşin göründüyü kimi az- az görünür, boylanıb itirdi.

Mövzunun aktuallığı:
Qloballaşan dünyada internet resuslarının, sosial şəbəkələrin və digər informasiya vasitələrinin, elmi- texniki tərəqqinin, iqdisadi inkişaf amillərinin nəticələrində xalqların dillərinə, milli- mənəvi dəyərlərinə, ictimai düşüncə sistemlərinə kütləvi və güclü təsirlər yaranmışdır.
Üstə gəl qlobal siyasi- iqdisadi güc mərkəzlərinin qəsdən, düşünülmüş, xüsusi təsir istəkləri, fəaliyyətləri.

Əsas məqsəd:

Azərbaycan dilinin, ədəbiyyatının, təhsilinin səviyyəsini qorumaq, inkişaf etdirmək və zənginləşdirmək.

Qarşıda duran vəzifələr:

Azərbaycan dili ilə bağlı:
- KİV-də, dərc olununan istənilən növ nəşr məsullarında dil qaydalarına əməl etmək tələbləri sərtləşsin;
- Bütün təşkilatlarda danışıq və iş yazışmaları, sənədləşmələrdə dil qaydaları qorunsun, beynəlxalq sözlər, terminlər mümkün qədər trcümə edilsin;
- bütün elm sahələrinə aid ədəbiyyatların öz dilimizə və əksinə bizim dildə olan kitabların xarici dilə tərcüməsinə başlanılsın;
- Ticarət mərkəzlərinin, iaşə obyektlərinin adlarında, reklamlarda dil haqqında mövcud qanunlar sərtləşsin və cəza mexanizmləri operativ, təsirli olsun;
- Xaricdə yaşayan azərbaycanlıların, uşaqlarının
Azərbaycan dilini unutmamaq, öyrənmək məsələlri diqqət mərkəzində olsun.

Ədəbiyyatla bağlı:

-mükəmməl ədəbi əsərlərə sahib çıxılsın,
dərsliklərə salınsın, kitabxanalara verilsin, xarici dillərə tərcümə edilsin, onların əsasında sənədli, bədii filmlər çəkilsin, tamaşalar hazırlansın, bunlara uyğun müəlliflərə qonarar verilsin;
- Dəyərli əsərlərin nəşr xərcləri ödənilsin, ölkədə və xaricdə təqdimatı və təbliği təşkil olunsun. Müəlliflərinin şagird və tələbələrlə, müəssisə kollektivləri, bölgələrdə sakinlərlə görüşləri təşkil edilsin;
- istedadlı şair və yazıçııarın mənzil, sosial şəraiti yaxşılaşdırılsın;
- ədəbiyyat "küçənin", "bazarın" ümidinə buraxılmasın, müasir Azərbaycanın xalq şairləri, yazıçıları, ziyalıları yetişsin;
- gənclərin yaşlı nəsli, mərhum yazarları təftiş, tənqidi, yaşlı nəslin gəncləri aşağılamaq cəhdləri yığışdırılsın.

Təhsillə bağlı:
- Ölkədə vahid məktəbli forması seçilib, təsdiq olunsun;
- dərsliklər tender nəticələrinə görə yenidən yazılsın, bütün digər variantlar, o cümlədən toplular qadağan edilsin;
- repetitorluqla təhsil alınması miniumuma endirilsin, sonda, müəllimlərin məvacibləri normal səviyyədə olanda qadağan edilsin;
- Şagirdlərin təhsil, təlim və tərbiyyə səviyyəsi, imtahan nəticələri müəllimlərinin, gələcəkdə onların valideyinlərinin dəməvaciblərinə təsir etsin;
- şagirdlər ictimai nəqliyyatdan pulsuz istifadə etsin, bank kartları olsun, onunla ildə 5-10 azərbaycanlı müəllifin kitabını ala bilsinlər.

Metodlar:

Bu işləri həyata keçirmək üçün müvafiq nazirliklrdə Asan xidmət tipli şöbələr yaradılsın.
Məsələn:
Müəllif kitabı verir, bir müddət sonra xəbər gəlir- kitabınız qiymətləndirilib, dərc olunacaq, məktəblərə, kitabxanalar veriləcək, kino çəkiləcək və.s . Bu qədər qonarar alacaqsız.
Ya da- bağışlayın, bu əsər üzərində bir az da işləyin.
Ya da- gedin başqa işlə məşğul olun.

Sonda bir sözüm var, kimin bu barədə ciddi sözü, aktual bildiyi məsələ, təklif varsa yazsın.
Bu ümumi bir işdir, milli məslədi.
Öz fikir və təkliflərinizi Mədəniyyət nazirliyinə də yazıb göndərə bilərsiniz.

Sadiq Qarayev

"Paralel.az"

0.014189004898071