Məktəblərin fəaliyyətinə təhsilin keyfiyyətinə görə qiymət verilməlidir

Məktəblərin fəaliyyətinə təhsilin keyfiyyətinə görə qiymət verilməlidir
 

Dos. İlham Əhmədov

Məktəblərin fəaliyyətinə onun verdiyi təhsilin keyfiyyətinə görə qiymət verilir.
Bəs təhsilin keyfiyyəti nədir?
Təhsilin keyfiyyəti əldə olunan təlim nəticələrin əvvəlcədən müəyyənləşdirilmiş dövlət təhsil standartlarına uyğunluq dərəcəsidir. Bu uyğunluq ən azı 50+% ball olmalıdır. Sovet vaxtı bu 60% ball hesab edilirdi. Göstərici nə qədər çox olsa, keyfiyyət bir o qədər yüksək hesab edilir.
Əvvəlki illərdə də məzunların hazırlığı keyfiyyəti pis olub. 70% məzun 150 balldan (yəni, 22 % ball toplanıb) az yığıb. Bu il qəbul imtahanlarında isə plan yerlərinin sayının artması və planın doldurulması üçün giriş balının aşağı salınması (hətta 78 ball, yəni 11% ball toplanıb) müşahidə edildi.
Bu biabrçılığı sükutla qarşılamaq əvəzinə, Bakı ş. T. Ş. (ETN) bəzi məktəblərin şagirdlırinin 100% unuiversitet tələbəsi olmasını vurğulayır, şəhər təhsil şöbəsinin nəzdində olan məktəblərin keyfiyyətli iş görüntüsü yaratmaq istəyirlər.
“Bakıda hər birində bir sinfin yüz faizlik nəticə göstərdiyi məktəblər açıqlanıb” adlı məqalədə qeyd edilir ki, şəhər üzrə 10 məktəbin sinifləri 100 %-lik nəticə göstərib. Nəticə nəyə deyirlər bu menecerlər? 100% ball toplamayıblar axı bu məzunlar. Məzunların hamısı 11 %-dən çox toplayıb. Burda keyfiyyətdən söhbət gedə bilərmi?
Əgər bu məzunların hamısı 50+% toplasaydı, bu zaman minimum göstərici əldə edilib deyə bilərdik. Görəsən, Bakıda elə məktəb varmı ki, onun bütün məzinları 60+% ball toplayıb (sovet vaxtı belələri müsabiqədə iştirak edə bilirdi, amma bu onların hələ tələbə olması mənasını vermirdi). Bakı üzrə və regionlarda neçə belə məktəb var? Məzunların neçə faizi 60+% toplayıb? Bu balların neçə faizi repetitorların, neçə faizi məktəbiun fəaliyyəti hesabına olub? İctimaiyyətə bu sualların cavabı maraqlıdır, bu haqda danışın.

78 balla ATM qəbul olursa tələbə, burda sinifin bütün şagirdləri, hətta əvvəlki illərdə az ball yığanlar da tələbə ola bilərdi. Burda fəxr etməli nə var?
Görünür keyfiyyət anlayışının mahiyyətini təhsil menecerləri hələ də səhv salırlar, ya da ictimaiyyəti çaşdırmaq istəyirlər. Əgər məktəblərin bütün məzunları 50+% ball yığsaydılar onda keyfiyyətdən danışmaq olardı.
Müəllimlər sertifikasiya imtahanından 50%+ ball topladıqda sertifikasiyadan keçmiş sayılırlar. Görəsən təhsil sistemi də 50%+ ball toplayıb sertifikasiyadan keçə bilimbi? Statistika əlimizdə olmasa da, son illərin məlumatları əsasında deyə bilərik ki, sertifikasiyadan bu il də keçə bilməsi.
İndiki halda isə təhsil üzrə dövlət siyasətini həyata keçirən qurum olaraq ETN bu vəziyyəti yaxın günlərdə ətraflı təhlil etməli, səbəbləri aydınlaşdırmalı, ictimaiyyətə məlumat verməli, öz fəaliyyətində müəyyən korreksiyalar etməlidir. Əks halda təhsil sistemi tam dağıla bilər.

"Paralel.az"

0.019149780273438