Ədalət Muradov Elm və Təhsil naziri olmaq eşqinə düşüb?...

Ədalət Muradov Elm və Təhsil naziri olmaq eşqinə düşüb?...
 

Keçmişi çox qaranlıq olan rektor Ədalət Muradov KİMDİR?

Ulu Öndər Heydər Əliyev həmişə deyirdi: “Təhsil Millətin gələcəyidir”.
Bəli, milləti məhv etmək üçün onun təhsilini məhv etmək bəs edər. Çox təəssüf ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (Ədalət Muradovun təbirincə UNEC) rektoru Ədalət Muradov təhsili inkişaf etdirmək əvəzinə onun başına yekə bir daş salıb.

Bu adamın UNEC-də etdiyi əməllər azmış kimi, indi də təhsil naziri olmaq istəyir. Çox maraqlıdır ki, bu yaşlı nəslin nümayəndəsi olan Ədalət Muradov həyatı boyu ancaq karyera və pul dalınca qaçıb. Ümumiyyətlə, ciddi araşdıran olsa, bu adamın həyat yolu, keçmişi çox qaranlıqdır.

1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. Niyə əsgəri xidmət? Sonra 1982-85-ci illərdə harada olub? 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 1999-cu ildə Azərbaycanda peyda olub.

Nə məqsədlə gəlib? Onu kimlər bura göndərib? Və gələn kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışıb. Bakıya düşən kimi. Və 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub. İndi isə adı cəmiyyətdə FETÖ-çu kimi hallanır...

Bəli, Ramiz Mehdiyev, Rəbiyyət Aslanova və Elnur Aslanlı üçlüyünün ərsəyə gətirdiyi rektor Ədalət Muradov... Ədalət Muradov həmişə deyib ki, Ramiz Mehdiyev mənim qibləmdir.

Nə üçün bu fikri ifadə edir axı, Ədalət Muradov özünün dediyinə görə, qatı dindar deyil. Bu qiblə söhbətini haradan kəşf edib? Ramiz Mehdiyev hara, Ədalət Muradovun qibləsi hara. Ramiz Mehdiyevin qibləsi olsa-olsa, kafandan bir az o tərəfə olar. O da bilirsiniz də. Bu mövzunun yükünü nəzərə alıb, başqa bir yazı həsr edəcəyik.

Bizə elə gəlir ki, bu adamı Sibir Hərbi Dairəsində korlayıblar, sonradan Fətullah Gülənin heyranlarından olub. Sözün qısası, zəlzələdən, ya vəlvələdən Ədalət Muradov UNEC-in rektoru olur. Və həmin gündə qocaman təhsil ocağının qara günləri başlayır. Özünü, guya, islahatçı, reformator kimi aparmaq istəyən bu adamın əsl sifəti qısa vaxtda hamıya bəlli olur.

Belə ki, Ədalət Muradovun özünə müşavir təyin etdiyi Elşən Bağırzadənin hansı məshəbə qulluq etdiyi də müzakirə mövzusudur. Ədalət Muradov Elşən Bağırzadənin elmi rəhbəri olub. Elşən Bağırzadənin elmi mövzusu isə Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlıdır. Fikir verirsiniz?
Biz kölgə iqtisadiyyatını inkar etmirik, amma Elşən Bağırzadənin Ədalət Muradovun atalıq qayğısı nəticəsində ölkəmizdəki kölgə iqtisadiyyatının 50-60 faiz olmasını sübut etməsi xarici qüvvələr üçün əla fakdır.

Biz təsadüfən yazmırıq ki, Ədalət Muradov kimilərin həqiqi sifəti hələ cəmiyyətə bəlli deyil. Rektor Ədalət Muradov UNEC-in qocaman, təcrübəli kollektivini saymır, bütün qərarları Elşən Bağırzadə ilə birgə verir. Rektor Ədalət Muradov “Azərsu”dan özünə baş mühasib gətirib.

Adamdan soruşan gərək, məgər bu boyda təhsil ocağında mühasib tapılmırdı? Axı Ədalət Muradovun rəhbərlik etdiyi ali təhsil ocağı ən çox mühasib yetişdirir. Necə ola bilər ki, orada Ədalət Muradova yarayan mühasib tapılmır? Bu da başqa bir yazının mövzusudur...

Təsəvvür edirsiniz, rektor satınalmaları, tenderləri öz ağlı ilə həyata keçirir, heç kimlə məsləhətləşmir. Həm də tenderlərin çoxunu öz yaxın adamlarına verib, “otkat”ını alır. Biz hələ rektorun cari təmir adı altında dövlətin yüz minlərlə vəsaitini mənimsədiyini demirik.

Rektorun yerlibazlığı kollektivi dramatik duruma salıb, bezdirib. Təsəvvür edirsiniz, 7 prorektordan 4-ü Ədalət Muradovun yerlisidir! Dekanların bir çoxu onun qohumları, kəndçisidir. Onu da qeyd edək ki, UNEC-in nəzdində SABAH qrupları var və burada yüzlərlə tələbə təhsil alır.

Baxın, kişidə cəsarət və fərasət var də, ali məktəbin daxilində, az qala, başqa bir ali məktəb yerləşdirib – SABAH MƏRKƏZİ! Bəli, hesab edirik ki, SABAH MƏRKƏZİ də məhz nurçuların, FETÖ-nun sifarişi ilə açılıb.

Düşünürük ki, yaxın zamanda Ədalət Muradovun yaratdığı qohum-əqraba, yerlilərdən ibarət şəbəkəsi FETÖ "dəryasında" batacaq. FETÖ dalğası bu ölkədə hələ çoxlarının tifaqını dağıdacaq.

P. S. Növbəti yazıda İqtisadiyyat Universitetinin ikinci ali təhsillə bağlı əməliyyatları dərc edəcəyik. (Gundəlik- Bakı.com)

 

0.018821001052856