"Anar Yazıçılar Birliyini öz maraqlarına uyğun idarə edir" - Müşfiq Abbasov
"İndi Azərbaycan Yazıçılar Birliyi haqqında cəmiyyətdə çox danışılır. Bu təşkilat faktiki sovet dövründə qalıb. Anar müəllim də oturub başında, heç yana getmək fikri də yoxdur".
Bu sözləri News24.az-a müsahibəsi zamanı “-4” və “Qan haqqı” əsərlərinin müəlifi, detektiv yazar Müşfiq Abbasov deyib.
Yazıçının sözlərinə görə, AYB-də sədr Anar olduqca oraya üzv olmağı düşünmür:
"Bu fani dünyada insanın vəzifə və hakimiyyətdən necə yapışmasının nümunəsini göstər desələr, deyərəm ki, Anara baxın. Başına da bir neçə nəfər yığıb, Yazıçılar Birliyini öz maraqlarına uyğun idarə edir. Kimi istəyir quruma götürür, kimi istəyir çıxarır. İki mindən çox üzvü olan AYB-də elələləri vəsiqə daşıyır ki, onun yazıçı olduğunu heç qonşusu bilmir. İnanın ki, yaxşı yazıçının heç həmin quruma ehtiyacı yoxdur. İndiki Yazıçılar Birliyindən sadəcə meyit qoxusu gəlir. İnanıram ki, yaxın zamanlarda orada ciddi dəyişiklər olacaq".
Paralel.az