Ermənistan XİN Rusiyanı ikiüzlülükdə ittiham edir

Ermənistan XİN Rusiyanı ikiüzlülükdə ittiham edir
 

“Qarabağ məsələsi heç vaxt Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi olmayıb”.

Paralel.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Rəsmi İrəvan yenə də söz oyunu edərək “bu məsələ Qarabağ əhalisinin hüquqlarına aiddir” deyə bildirib. Halbuki hökumət başçısı Nikol Paşinyan dəfələrlə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib.

Nazirlik həmçinin bildirir ki, ötən il Rusiya Qarabağın statusunu təxirə salmağı təklif etdi, Ermənistan bununla razılaşdı, Azərbaycan isə bundan imtina etdi.

“Azərbaycan Brüsseldə də bəyan edib ki, Ermənistanla Qarabağla bağlı heç nəyi müzakirə etmək istəmir. Bundan sonra sentyabr döyüşləri başladı”, - bəyanatda qeyd edilib.

İrəvan daha sonra bəyan edir ki, Rusiya özü noyabrın 9-da verdiyi bəyanatda və Azərbaycanla imzalanmış bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

“İndi Qarabağda baş verənlər Rusiya sülhməramlılarının iştirakı ilə baş verir

Biz Rusiya Xarici İşlər Nazirliyinə vəziyyəti daha da çətinləşdirməməyi təklif edirik”, - deyə Ermənistan XİN-dən bildirilib.

 

0.016216039657593