İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? - DİM CAVAB VERDİ

İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? - DİM CAVAB VERDİ
 
 

Xəbər verdiyimiz kimi, ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-də başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyimiz statistikaya görə, ümumilikdə 70301 abituriyent ixtisas seçimi edib.

İxtisas seçənlərin sayı belədir:

I qrupda - 21750 nəfər;
II qrupda - 16323 nəfər;
III qrupda – 19773 nəfər;
IV qrupda – 5774 nəfər;
V qrupda – 9726 nəfər.

Builki plan yerləri aşağıdakı rəqəmlərlə əks olunub:

I qrup üzrə plan yeri – 18386;
II qrup üzrə plan yeri – 13285;
III qrup üzrə plan yeri – 16067;
IV qrup üzrə plan yeri 4100.

Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri bu həftənin sonuna kimi elan olunacaq.

 

0.012864112854004