Musa Qurbanlı ən yaxşılar arasında

Musa Qurbanlı ən yaxşılar arasında
 

Millimizin hücumçusu Musa Qurbanlı İsveç çempionatındakı çıxışına görə 21-ci turun rəmzi komandasına düşüb.
 
Qaynarinfo-nun məlumatına görə, "Deqerfors”la görüşdə iki qola, bir məhsuldar ötürməyə imza atan Qurbanlı turun ən yaxşıları arasında yer alıb. Onun "Yurqorden"dəki performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala isə "Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb.

Qurbanlının komanda yoldaşı Markus Danielson da rəmzi "11-liy”ə salınıb.
 
"Yurqorden” "Deqerfors”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 

0.081582069396973