Rusiyalı turistlər Azərbaycandakı qiymətlərdən razıdırlar - AÇIQLAMA

Rusiyalı turistlər Azərbaycandakı qiymətlərdən razıdırlar - AÇIQLAMA
 

Azərbaycan rusiyalı turistlərin ən çox səfər etdiyi ilk beş ölkə sırasına daxil olub.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi İttifaqının mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, ruslar arasında populyar istiqamətlər Azərbaycan, Belarus, Özbəkistan, Qırğızıstan və Ermənistandır.

“Rusiyalı turistlər Azərbaycandakı qiymətlərdən razıdırlar. Operatorlar onlara Bakı və ətraf ərazilərdə, eləcə də regionlarda turlar satırlar.

2023-cü ilin birinci yarısında Azərbaycana 68,9 min rusiyalı gedib. Bu müddət ərzində Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb”, - rəsmi məlumatda deyilir.

 

0.10556697845459